İstanbulda son durum: Dövlət qulluqçuları inzibati məzuniyyətə göndəriləcək

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda son durum: Dövlət qulluqçuları inzibati məzuniyyətə göndəriləcək

Dünya

25 Yanvar 2022 07:37 727


İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəsizlik, səhiyyə və nəqliyyat xidmətləri istisna olmaqla, dövlət sektorunda çalışan dövlət qulluqçuları, fəhlələr və digər işçilər sabah məzuniyyətə göndəriləcək.

“Yeni Sabah”ın məlumatına görə, bu barədə İstanbul vilayətinin qubernatoru Əli Yerlikaya bildirib.

"Əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəsizlik, səhiyyə və nəqliyyat xidmətləri istisna olmaqla, dövlət qulluqçuları, fəhlələr və digər işçilər 25 yanvar 2022-ci il çərşənbə axşamı günü tam iş günü müddətinə inzibati məzuniyyətə buraxılacaqlar", - deyə Ə.Yerlikaya öz "Twitter" səhifəsində yazıb. Dördpendirli pizza

Qeyd edək ki, E-5 magistral yolunda Beylikdüzü ilə Büyükçekmece arasında nəqliyyət hərəkəti dayandırılıb. İstanbul vilayətinin valisi Ə.Yerlikaya həmçinin bildirib ki, bölgədəki əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Trakya istiqamətindən İstanbulun meqalopolisinə giriş növbəti məlumat verilənə qədər qadağandır.

Qubernator onu da bildirib ki, İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar noyabrın 24-ü saat 19:30-dan etibarən bütün ticarət mərkəzləri bağlanıb. /Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!