İstanbulun 50 günlük su ehtiyatı qalıb

saytların hazırlanması

Evə çatdırılma

İstanbulun 50 günlük su ehtiyatı qalıb

Dünya

02 Noyabr 2023 21:58 756


Türkiyənin ən sıx məskunlaşmaya sahib İstanbul şəhərini su ilə təmin edən anbarlarında suyun səviyyəsi 18%-ə düşüb.

Bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək.

Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib. Dominos pizza

Qeyd edək ki, 18,07% - 156,9 milyon kubmetrdir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır.

16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su istehlak edir. İdarə İstanbul sakinlərini suya qənaət etməyə çağırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!