İsveç də hərbi xərclərini artırır

saytların hazırlanması

Evə çatdırılma

İsveç də hərbi xərclərini artırır

Dünya

10 Mart 2022 16:30 464


İsveç hökuməti müdafiə büdcəsini ÜDM-in 2%-nə qədər artırmaq qərarına gəlib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson mətbuat konfransında bildirib.

O deyib: "İsveçin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndiriləcək. Hərbi müdafiəyə ayrılan vəsaitlər ÜDM-in 2%-inə qədər artacaq və buna praktiki olaraq mümkün olan kimi nail olacağıq. Həmçinin, sabit, uzunmüddətli və həmrəylik maliyyəsini təmin etməliyik". Toyuqlu pizza

İsveç 2021-2025-ci illər üçün hərbi ayırmaları artıq 27,5 milyard kron (3,11 milyard dollar), yəni əvvəllər planlaşdırılandan 40% artırıb. 2014-2025-ci illər üçün artım 85% təşkil edib ki, bu da 1950-ci illərdən bəri bütün zamanların ən böyük artımıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!