İsveçrə Rusiyanın təxminən 6 milyardlıq aktivlərini dondurdu

saytların hazırlanması

Evə çatdırılma

İsveçrə Rusiyanın təxminən 6 milyardlıq aktivlərini dondurdu

Dünya

24 Mart 2022 20:16 463


İsveçrə hökuməti Rusiyanın sanksiyalara məruz qalan 6,17 milyard dollara yaxın aktivlərini dondurub və bu rəqəmin artacağı ehtimalı var.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə sanksiyalara nəzarət edən İqtisadi Məsələlər üzrə Dövlət Agentliyinin (SECO) yüksək vəzifəli rəsmisi Ervin Hollinqer məlumat yayıb:

“Bu günə qədər SECO-ya ümumilikdə 5,750 milyard CHF dəyərində vəsait və aktivlər barədə məlumat verilib”. Dominos pizza

Onun sözlərinə görə, bura kantonlarda turizm kurort kimi xidmət etmiş bir sıra mülklər daxildir.

 “Yeni hesabatlardan və Aİ-nin sanksiya siyahılarına potensial əlavələrdən sonra bu rəqəmin daha da artacağı ehtimal olunur”.

İsveçrə hesab edir ki, onun banklarında 213 milyard dollara qədər Rusiya kapitalı var.

Bollinqer Rusiyanın ölkədəki ümumi sərvətini sanksiyalara məruz qalan məbləğə aid etməmək barədə xəbərdarlıq edib:

“Sanksiyaya məruz qalan hər bir fərdin və ya qurumun İsveçrədə aktivləri yoxdur. Digər tərəfdən, İsveçrədə aktivləri olan hər rusiyalı eyni zamanda sanksiya siyahısında deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!