“İtaliya ilə münasibətlərin yaxşı olması imkan verəcək ki...” – Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“İtaliya ilə münasibətlərin yaxşı olması imkan verəcək ki...” – Millət vəkili

Siyasət

08 Dekabr 2020 02:18 1000


“Vətən müharibəsi zamanı sözün əsl mənsında “dost dar gündə tanınar” məsəlinin öz əksini tapdığını gördük. Bir sıra ölkələr haqq mübarizəmizi dəstəklədi və yanımızda oldu, bu ölkələrdən biri də İtalya idi”.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib.

O qeyd edib ki, ümumiyyətlə İtalya ilə Azərbaycan arasında iqtisadi – mədəni əlaqələr hər zaman müsbət müstəvidə olub. Millət vəkilinin sözlərinə görə, Qarabağ məsələsində də ədalətli mövqe nümayiş etdirən dost ölkənin nümayəndə heyətinin Gəncə və Ağdama səfəri bu dostluğun necə möhkəm olduğunu göstərib: Pepperoni pizza

“İtaliya Respublikasına dövlət nümayəndələrinin bu səfəri olduqca əhəmiyyətli bir olaydır. Son zamanlar hər iki ölkə arasında siyasi əlaqələrin genişləndirilməsi və mədəniyyətlərarası dialoqun aparılması daha da gücləndirilib.  İtalya ilə qurulan iqtisadi əməkdaşlıq Avropa İttifaqı ilə strateji əməkdaşlığa böyük töhfə olacaq.  Çünki İtaliya iqtisadiyyatına görə Avropa İttifaqında təxminən üçüncü yerdədir. Əlbəttə ki, bu cür nəhəng iqtisadiyyatı olan ölkə ilə münasibət qurmaq bizim üçün mühüm amildir. Həmçinin, bu səfər Avropada Azərbaycanın nüfuzunun artması baxımından vacib hadisədir. Bundan əlavə, İtaliya "Böyük Yeddilik"-ə daxil olan ölkələrdən biridir. Bu əhəmiyyətli tərkibdə İtaliyanın kifayət qədər uğurlu mövqeyi var. Əlbəttə ki, İtaliya ilə münasibətlərin yaxşı olması imkan verəcək ki, həm Avropa İttifaqının, həm dünyanın nəhəng 7 iqtisadi ölkəsinin birləşdiyi G7-nin, həm də digər təsisatların ölkəmizə qarşı mövqeyi müsbətə doğru dəyişsin”.

Deputat vurğulayıb ki, bu iqtisadi əməkdaşlıqlar ölkəmiz üçün olduqca  əhəmiyyətlidir:

“Deyə bilərəm ki, Azərbaycan İtaliya üçün regionda ən vacib partnyordur. Eyni zamanda, Azərbaycan üçün İtaliya Avropa məkanında çox vacib bir ölkədir. Hazırda dünya bazarında Azərbaycan İtaliyanın ən yaxşı neft təchizatçısı kimi çıxış edir. TAP layihəsi həyata keçiriləndən sonra Azərbaycan İtaliyanın əhəmiyyətli qaz təminatçısına da çevriləcək. Həmçinin texnologiyalar, turizm, yüngül sənaye, kənd təsərrüfatı, yeyinti, neft-kimya, neft-maşınqayırma sahələr də var ki, burada ikitərəfli münasibətlər qurulsa, hər iki tərəfə müsbət təsir göstərəcək. Bu sahələrdə birgə fəaliyyətin sürətlənməsi imkan verəcək ki, həm Azərbaycan malları İtaliya və Avropa bazarına çıxsın, həm də İtaliyanın malları geniş çeşiddə, nəinki, Azərbaycan bazarına, həm də region bazarına daxil olsun. İşğaldan azad olunmuş ərazilərə yerli şirkətlərlə yanaşı xarici şirkətlərdə cəlb olunacaq. Artıq İtalyadakı nüfüzlu şirkətlərdən təkliflər irəli sürülüb. Hazırda bütün təkliflər dəyərləndirilib,  həmin bölgələr yüksək investor mənbəyinə çevriləcək”.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!