İtaliya mafiyasının rəhbəri Gürcüstanda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İtaliya mafiyasının rəhbəri Gürcüstanda saxlanıldı

Kriminal

24 Oktyabr 2023 14:36 498


Gürcüstanda polis İtaliya mafiyasının liderlərindən biri olan Cüzeppe Sqanqanı saxlayıb.

Yenisabah.az “Rustavi 2”yə istinadla xəbər verir ki, 67 yaşlı Sqanqa 2020-ci ildə ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib.

İtaliyada eyni iş üzrə bir neçə nəfər, o cümlədən mafiya ilə əlaqədə ittiham olunan 3 qardaş və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları məhkum olunub. pizza sifarişi

İstintaq iddia edir ki, təqsirləndirilən şəxs Turində müxtəlif cinayətlərə görə məsuliyyət daşıyan mafioz birlik yaradıb.

Sqanqa beynəlxalq axtarışa verilib və Gürcüstanda tapılıb. İtaliya mafiyasının saxlanması ilə bağlı məlumatı ölkənin baş prokuroru İrakli Şotadze də təsdiqləyib. O qeyd edib ki, cinayətkarın Gürcüstanda şəriki olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!