İtaliyada inflyasiya: 1991-ci ildən sonra təkrarlanan rekord

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada inflyasiya: 1991-ci ildən sonra təkrarlanan rekord

Dünya

31 Mart 2022 16:25 595


İtaliyada inflyasiya 9 aydır artmaqda davam edir və son 30 ildə rekord səviyyəyə çatıb.

Yenisabah.az RAI-yə istinadla xəbər verir ki, bu barədə Milli Statistika Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, mart ayında İtaliyada inflyasiya illik müqayisədə 1,2% artaraq 6,7%-ə çatıb. Pepperoni pizza

1991-ci ildən indiyədək belə inflyasiya qeydə alınmayıb:

“Göründüyü kimi, bu tendensiya əsasən enerji qiymətlərinin artması ilə diktə olunur. İstehlak səbətinin dəyəri 5% artıb. Həm enerji daşıyıcılarının bahalaşması, həm də Ukraynadakı vəziyyətlə əlaqədar bəzi ərzaq məhsullarının gəlməməsi ucbatından ərzaq qiymətlərində də artım var”.

Ekspertlərin fikrincə, İtaliyada il ərzində inflyasiya 8%-ə çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!