İyul ayı tarixin ən isti ayı olub

saytların hazırlanması

Evə çatdırılma

İyul ayı tarixin ən isti ayı olub

Dünya

01 Avqust 2023 06:40 2022


Bu ilin iyul ayı hava və iqlim baxımından tarixin ən isti ayı kimi yadda qalacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.

İyulun ilk üç həftəsi tarixdə ən isti üç həftəlik dövr olub. Sezar pizza

“Yüksək temperatur Şimali Amerika, Asiya və Avropanın böyük hissələrində istilik dalğaları ilə əlaqələndirilib. Ayın ilk 23 günü ərzində Yer səthinə yaxın havanın orta temperaturu 16,95 dərəcə selsi təşkil edib ki, bu da bütün 2019-cu ilin iyul ayı üçün qeydə alınan 16,63 dərəcə selsidən xeyli yüksəkdir”, - deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!