İyunun 20-si və 21-i ilə bağlı əhaliyə   XƏBƏRDARLIQ - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

İyunun 20-si və 21-i ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ

Sosial

19 İyun 2024 16:34 50400


İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, Ordubad, Culfa, Beyləqan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağdərə, Ağcabədi, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Göyçay, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş rayonlarında sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq. pizza

Goranboy, Naftalan, Gəncə, Göygöl, Mingəçevir, Şəmkir, Neftçala rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!