Jirinovski: “Ona tapşırıq verilib, Rusiya rəhbərliyini təhqir et“

saytların hazırlanması

Evə çatdırılma

Jirinovski: “Ona tapşırıq verilib, Rusiya rəhbərliyini təhqir et“

Dünya

17 Mart 2022 12:42 692


RLDP lideri Vladimir Jirinovskinin yeni "peyğəmbərlikləri" nəşr olunub.

Yenisabah.az bunu siyasətçinin kitablarından çıxarışlar dərc etməyə başlayan Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev edib.

Jirinovskinin budəfəki "peyğəmbərlik"ləri ABŞ prezidenti Co Bayden haqqındadır: Sezar pizza

"İdarə olunan yaşlı adam, bəlkə də, həqiqətən, düşünməkdə çətinlik çəkir. Ona tapşırıq verilib: "Bu gün Çin haqqında nəsə danış, sabah Suriyanı söy, sonra Rusiya rəhbərliyini təhqir et". O da bunu edir. Çünki qoca uşaq ağlındadır.

Uşaq böyüyün iradəsinə, qoca isə ona nəsə aşılayanlara tabe olur. Fiziki durumuna görə o, prezident olmamalıdır. O, prezident olmağa məcbur edilib ki, arxasındakı qrupa lazım olan fikirləri səsləndirsin".

Liberal Demokrat Partiyasının lideri ABŞ-ın gələcəyi ilə bağlı qəti şəkildə danışır:

"Amerika bitdi. Bu, normaldır. Bir vaxtlar Fransa birinci yerdə idi, sonra Almaniya. İndi vaxtdır. Amerika Olimpi tərk etsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!