Jurnalist Elnarə Qasımova saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Jurnalist Elnarə Qasımova saxlanıldı

Kriminal

13 Yanvar 2024 19:56 1423


Jurnalist Elnarə Qasımova saxlanılıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

O deyib ki, Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir. Toyuqlu pizza

Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!