Çeçenistan rəhbəri Ramzan Kadırov dünya ictimaiyyətinə müraciət edərək, “ən azı bir dəfə Fələstindəki vəziyyətlə bağlı ədalətli qərar qəbul etməyi” tələb edib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “Telegram” hesabında yazıb.
“Müsəlman ölkələrinin liderlərinə müraciət edirəm, koalisiya yaradaraq dost dediyiniz şəxsləri, Avropanı və bütün Qərbi dinc sakinləri bombalamamağa çağırıram. Pepperoni pizza
Biz Fələstini dəstəkləyirik. Digər münaqişələrdən fərqli olaraq, daha böyük bir şeyə çevrilə bilən bu müharibənin əleyhinəyik. Mən özüm də İsraildə olmuşam. Bizim dinc nümayəndə heyətinə qarşı açıq təxribat cəhdləri də olub. Ona görə də həm müharibəyə, həm də vəziyyətin hər hansı formada gərginləşməsinə son qoymağa çağırıram. Lazım gələrsə, bölmələrimiz asayişi bərpa etmək və istənilən iğtişaşlara qarşı mübarizə aparmaq üçün sülhməramlı qüvvələr kimi çıxış etməyə hazırdır”.
Telegram kanalımız