Çeçenistan hökumətinin başçısı Müslüm Xuçiyev 24 yaşlı Ayşat Kadırovanın Çeçenistanın baş nazirinin sosial məsələlər üzrə müavini təyin edilməsini təklif edib.
Yenisabah.az xəbər verir ki, bu barədə atası Ramzan Kadırov öz “Telegram” kanalında məlumat yayıb.
“Mən Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Təbii ki, Ayşat Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin yaxşılaşdırılmasına böyük töhfə verib və topladığı iş təcrübəsi var”, – deyə Çeçenistan rəhbəri yazıb.
Xatırladaq ki, Ayşat Kadırova 2021-ci ilin oktyabrından Çeçenistanın mədəniyyət naziri vəzifəsini icra edir. Bundan əvvəl o, bir il Çeçenistan Mədəniyyət Nazirliyi rəhbərinin birinci müavini vəzifəsində çalışıb. 2023-cü il sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin Ayşat Kadırovanı “Daxili mədəniyyət və incəsənətin inkişafına, eləcə də uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə görə” 2-ci dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif edib.
Telegram kanalımız