Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq 

saytların hazırlanması

Evə çatdırılma

Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq 

Siyasət

17 Fevral 2024 09:48 24885


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün hökümətin yeni tərkibini təsdiqlədi. Uzun illər Azərbaycan hakimiyyətində təmsil olunan 2 məmur - Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifələrini itirdilər. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, hakim komandada dəyişiklik bununla yekunlaşmayacaq. Qarşıdakı aylarda, ən gec 2024-ün sonuna kimi daha bir neçə nazir və yüksək rütbəli məmur vəzifəsi ilə vidalaşacaq. Məlumatlı şəxslər bu siyahıda ilk sırada Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin və Sumqayıtın icra başçısı Zakir Fərəcovun adını çəkirlər. 

Mənbə deyib ki, hakimiyyət daxilində yeniləşmə və dəyişiklik müntəzəm aparılacaq, vəzifə səlahiyyətlərini aşan, göstərilən etimadı doğrultmayan məmurlar mütəmadi qaydada cəzalandırılacaq.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nadir
    Sahil Babayevi Samir Şərifovu niyə çıxartmırlar ən böyük rüşvətxor qudurğan məmurlar onlardı
    2 years ago
  • yaşar
    Cənab Prezident nə qədərki , icra hakimiyyətlərin ləğv etməyib bu hakimiyyətdə rüşvətxorluq ,məmur özbaşnalığı,korrupsiyanıın qarşısı alınan deyil.Onlar bu xalqa və cənab Prezidentə baş ağrısından başqa bir şey deyilər .
    2 years ago
  • Elşən
    Salam, digərlərini bilmirəm, DİM sədrini suçlamaqla işdən azad etmək xoşagələn hal deyil.
    2 years ago
  • Haller
    Kadr deyisikliyi hec neyi hell etmeyecek, cunki yeni gelenlerin de meqsedi eynidir!!!, ailesine xidmet etmek!!!...
    2 years ago