Kafe sahibi və müştəriləri polis bölməsinə gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Kafe sahibi və müştəriləri polis bölməsinə gətirildi

Sosial

05 Yanvar 2021 11:02 666


Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb. Toyuqlu pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!