Kaladze: Qərb “ikinci cəbhə” açmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Kaladze: Qərb “ikinci cəbhə” açmaq istəyir

Dünya

22 May 2024 13:10 567


Hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze Qərb siyasətçilərini Gürcüstana misli görünməmiş təzyiqlərdə və onun ərazisində “ikinci cəbhə” açmaq cəhdlərində ittiham edib. 

Yenisabah.az xəbər verir ki, həm də Tbilisi meri olan Kaladze deyib:

“Qərbin Gürcüstanda inqilabi ssenarini maliyyələşdirdiyi zaman düşmənçilik deyil, misli görünməmiş təzyiq, düşmənçilik deyil, dostluq münasibətləri görsək, biz onunla əməkdaşlığa hazırıq”. Dördpendirli pizza

Gürcüstan hakimiyyətinə bu cür təzyiqlərə misal olaraq o, Baltikyanı ölkələr və İslandiyaxarici işlər nazirlərinin Tbilisidə müxalifətin mitinqlərindəki son çıxışlarını göstərib:

“Əgər kimsə “ikinci cəbhə” açmaq istəyirsə, yəni Baltikyanı ölkələr, onlardan birinin xarici işlər naziri bu yaxınlarda Tbilisidə hökumət əleyhinə mitinqdə çıxış edibsə, ölkənizdə “ikinci cəbhə” açın və Gürcüstanı tək buraxın. Bu gün bizə düşmənçilik yox, sülh, dostlar və tərəfdaşlar lazımdır”.

Kaladze fikrincə, Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin vetosunu aşacaq və “Xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvəyə minməsini təmin edəcək.

O, Venesiya Komissiyasının bir gün əvvəl Gürcüstana göndərdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı rəyini mənfi qiymətləndirərək, onu əsassız, “siyasi qərəzli” adlandırıb və orada “faktların təhrif edildiyini” bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!