“Kalaşnikov”,   “Makarov”, patronlar... - Silahlı şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Kalaşnikov”, “Makarov”, patronlar... - Silahlı şəxslər saxlanıldı

Kriminal

16 Yanvar 2024 10:20 698


Sabunçuda əməliyyat zamanı silahlı şəxslər saxlanılıblar. 

Yenisabah.az DİN-ə istinadla əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib. 

Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. Dominos pizza

R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.

 Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı müvafiq sənədləri olmayan ov tüfəngini polisə təhvil verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!