“Kalaşnikov”la polisə müqavimət göstərən şəxs zərərsizləşdirildi - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Kalaşnikov”la polisə müqavimət göstərən şəxs zərərsizləşdirildi - Rəsmi

Kriminal

05 Mart 2023 15:44 1195


Martın 3-ü polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilməsi barədə Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ilkin araşdırma zamanı Seymur və Tural Musayevin külli miqdarda narkotik vasitəni əldə edib Bakı şəhərinə daşıyarkən onların cinayət başında yaxalanaraq ifşa edilməsi üçün əməliyyat tədbiri keçirən polis əməkdaşlarına odlu silahla müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Polis əməkdaşlarına silahlı müqavimət göstərən Seymur Musayev zərərsizləşdirilib və əməliyyat zamanı onun ölüm faktı qeydə alınıb.

Şübhəli şəxslərdən 1 ədəd “Kalaşnikov" markalı avtomat silah, ayrı-ayrı bağlamalarda çəkiləri 16,7 kiloqram narkotik vasitə qurudulmuş marixuana, 16,6 kiloqram narkotik vasitə heroin, 8,3 kq psixotrop maddə metamfetamin və 2320 ədəd tərkibində narkotik maddə olan metadon həbləri, elektron tərəzi və digər sübutlar aşkar edilərək götürülüb.

Rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Tural Musayev Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma), 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması üçün zəruri tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!