Kamran Əliyev Füzuli və Cəbrayıla yeni prokurorlar təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyev Füzuli və Cəbrayıla yeni prokurorlar təyin etdi

Sosial

04 İyun 2024 16:46 488


Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib. Baş prokurorun digər əmri ilə Ramiz Əliyev Füzuli rayon prokuroru təyin edilib. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimov Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin olunub. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!