Kamran və Oqtay kəllə-kəlləyə gəldi  - TV-də düşüklük söhbəti

saytların hazırlanması

Evə çatdırılma

Kamran və Oqtay kəllə-kəlləyə gəldi - TV-də düşüklük söhbəti

Şou

09 Avqust 2022 13:34 1312


“Soy” prodakşnın rəhbəri Oqtay Əliyev və teleaparıcı Kamran Həsənli arasında qalmaqal yaranıb. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, buna səbəb Həsənlinin “İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir” açıqlaması olub. 

O. Əliyev aparıcının bu fikrini sərt tənqid edib. O, sosial şəbəkədə şərh yazıb: “Televiziyaya “düşük”lüyü gətirən indi nədən danışır. Zəhmət çək, gəl, sənə peşəkarlığın nə olduğunu anladım”.  Toyuqlu pizza

K. Həsənli isə həmin şərhə görə O. Əliyevə cavab vermək istəmədiyini söyləyib:

“Şəxsi cavab verməyəcəm, hazırda televiziyadakı verilişlərə baxın, o mənzərə hər şeyi deyir. Heç kimə cavab vermək lazım deyil. Oqtay Əliyevin, ya da başqasının danışdıqları mənim üçün maraqsızdır.

Yenə deyirəm ki, istənilən proqrama baxın. Görəcəksiz ki, televiziyamızın “düşük”lüyü hansı həddə gəlib çatıb”.

Qeyd edək ki, K. Həsənli sözügedən açıqlamanı medianews.az saytına verib: “Bu gün televiziyada çalışanların çoxu media işçisi olmadıqları üçün anlayışları yalnız kağız üzərində reytinq dairəsi adlanan yalançı iqtidardadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!