Kanadada məşhur repçi konsertdən sonra döyüldü

saytların hazırlanması

Evə çatdırılma

Kanadada məşhur repçi konsertdən sonra döyüldü

Dünya

04 İyul 2024 00:40 448


Məşhur repçi Rik Ross Kanadanın Vankuver şəhərində konsert verdikdən sonra döyülüb.

Məlumata görə, hadisə Rossun son vaxtlar repçi Dreyklə münaqişəsi səbəbindən baş verib. Bundan əlavə, Rik Rossun konserti zamanı Kendrik Lamarın Dreyki tənqid etdiyi "Not Like Us" mahnısı səsləndirilməsi də onların xoşuna gəlməyib.

Dreykə ünvanlanan təhqirlərdən qəzəblənən kanadalılar Rossa yaxınlaşıblar. Qəzəbli azarkeşlərdən biri Rossu yumruqla vurub və münaqişə əlbəyaxa döyüşə çevrilib. Reperin mühafizəçilərindən biri bir neçə nəfərin hücumuna məruz qalıb və sənətçini müşayiət edən komanda üzvlərindən biri huşunu itirib. pizza sifarişi

2024-cü ilin əvvəlində Rik Ross və Dreyk bir-birinə qarşı hücumlar mübadiləsi aparmağa başladılar. Xüsusən də, Ross rəqibini "şirin Dreyk" adlandırıb, burnuna əməliyyat etdirdiyini və qaradərili olmadığını bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!