Kanal rəhbərinə jurnalistlik qadağası qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Kanal rəhbərinə jurnalistlik qadağası qoyuldu

Kriminal

10 Aprel 2025 17:36 327


"Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, qərara əsasən, iş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib. pizza hut

Onunla birgə ittiham olunan İstək Totiyeva isə 2 il müddətində sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Teymur Kərimov və İstək Tatiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!