Kapitalbank hesabınızdan çıxılacaq pullarla bağlı   AÇIQLAMA YAYDI

saytların hazırlanması

Evə çatdırılma

Kapitalbank hesabınızdan çıxılacaq pullarla bağlı AÇIQLAMA YAYDI

Sosial

08 Yanvar 2025 13:46 346


Xəbər verdiyimiz kimi, ötən gün Kapitalbank BakıKart-la bağlı müştərilərinə xəbərdarlıq edib. Bu barədə “Birbank” tətbiqi üzərindən müştərilərə məlumat göndərilib.  Məlumatda bildirilir ki, texniki xəta səbəbindən müştərilərin hesabına yanlışlıqla göndərilən məbləğlər onlardan geri alınacaq.

Mövzu ilə əlaqədar Yenisabah.az-ın sorğusuna cavab verən qurum məsələnin təfərrüatlarını açıqlayıb:

"Bildiyiniz kimi Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün Birbank mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.  Marqarita pizza

Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin BakıKart QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb. 

Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq. 

Bu mövzuda sualları olan müştərilər Birbank mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!