“Kapitulyasiyadan sonra dedim ki...” - Sərkisyan

saytların hazırlanması

Evə çatdırılma

“Kapitulyasiyadan sonra dedim ki...” - Sərkisyan

Siyasət

04 Aprel 2024 23:35 2148


Kapitulyasiyadan sonra dedim ki, vasitəçilərsiz danışıqlar çox pis nəticəyə gətirib çıxaracaq.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan mediaya açıqlamasında deyib.

“Məncə, nəzərdə tutulan danışıqlar qrupu yaradıldı və onun yaradılması 9 noyabr sənədinə uyğun olaraq həyata keçirildi. Bundan sonra ölkəmizin mötəbər keçmiş rəsmilərindən biri demarkasiya və delimitasiya məsələsində ATƏT-in mövqeyini geniş şəkildə açıqladı. Sadəcə olaraq bu yolla getmək lazım idi, kapitulyasiyadan sonra vasitəçisiz danışıqların çox pis nəticəyə gətirib çıxaracağı göz qabağında idi. Vasitəçilər danışıqların normal gedişinə zəmanət verməyə çağırılır. Əgər bacarmasalar, onları qınamaq olar”, - Sərkisyan bildirib. Dördpendirli pizza

9 noyabr sənədinin vasitəçi ölkəsinin danışıqların normal gedişinə təminat verə bilmədiyi haqda jurnalistin sualına isə Sərkisyan bu cür cavab verib:

“Siz əminsinizmi ki, Azərbaycan və Rusiya (öhdəliklərini) yerinə yetirmədilər?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Abdulla
    Sərkisyan hələ həbs olunmayıb? Axı o Xocalı faciəsinin əsas iştirakçılarındandır. Bu adam (yəni bioloji varlıq)))) həbs olunmalıdır. Tək qalıb darıxmasın deyə əziz-xələfi Robert Köçəryan da onunla bir yerdə kameraya salınmalıdır. Gözəl fikirdir, deyilmi?
    2 years ago