Karantin rejimini pozan çayxana cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimini pozan çayxana cərimələndi

Sosial

19 Dekabr 2020 13:50 986


Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən çayxananın işlədiyi məlum olub.  

Obyektə baxış zamanı ümumilikdə 15 nəfərin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq orada olduqları aşkarlanıb. İcarədar Zakir Paşayev və müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!