Karantin rejiminin yumşaldılması müzakirə edilir   - TƏBİB-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejiminin yumşaldılması müzakirə edilir - TƏBİB-dən AÇIQLAMA

Sosial

26 Sentyabr 2020 23:57 1214


Operativ Qərargah Azərbaycanda mövcud olan karantin rejiminin yumşaldılmasını müzakirə edir.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in sədri Ramin Bayramlı deyib.

Ticarət mərkəzlərinin yaxın zamanda açılması və toy və digər bu kimi şənliklərin keçirilməsinə icazə verilməsindən danışan Bayramlı, müəyyən qaydaların hazırlandığını qeyd etdi. Sezar pizza

"Bu qaydaların paketi təsdiqlənəcək və epidemioloji vəziyyət pisləşməzsə, İnşallah, Operativ Qərargah qərar verəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək", deyə Bayramlı bildirib.

Deputat və ekspertlər son günlərdə kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərlə icazə verilməsinin və ticarət mərkəzlərinin açılması barədə təkliflər irəli sürürlər. Bunun səbəbləri kimi sabit epidemioloji vəziyyət və rəsmi hesablamalara görə, pərakəndə və restoran biznesində 150 ​​mindən çox insanın çalışmasıdır.

Ticarət mərkəzinin fəaliyyətinə oktyabrın 1-dən, toyların isə bu il noyabrın 1-dən etibarən icazə verilməsi təklif olunur.

Azərbaycanda mövcud karantin rejimi 1 oktyabr tarixinədək qüvvədədir.

/Day.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!