DİN-in Su Nəqliyyatında Polis İdarəsinə bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib.
Yenisabah.az xəbər verir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb.
Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla ələ etdiyi müəyyən olunub. pizza hut
BUndan başqa, dənizin Sumqayıt şəhəri sahilində naməlum şəxsin əraziyə atdığı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd sandıqça və 47 ədəd patron aşkar edilib.
Telegram kanalımız