Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, 72 yaşlı Qəribov Bakıda dünyasını dəyişib.
O, bu gün Kürdəmir rayonunda dəfn ediləcək. pizza mizza
Deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş "Debutbank"ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.
F.Qəribov parlamentin 3-cü və 4-cü çağırış (2005-2015) deputatı olub.
Telegram kanalımız