Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var

Sosial

14 Noyabr 2020 15:02 1190


Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var.

Yenisabah.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O, 15 noyabr Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqımızı təbrik edib və əlavə edib ki, hazırda Kəlbəcər rayonundan olan vətəndaşlarımız ölkənin müxtəlif şəhər və rayonlarında, əsasən, Gəncə şəhəri, Goranboy, Göygöl rayonları və Bakı şəhəri ərazisində, bundan əlavə ölkəmizin müxtəlif 46 şəhər və rayonlarında məskunlaşıblar. Sezar pizza

F.Hüseynov qeyd edib ki, məcburi köçkün soydaşlarımızla bağlı müfəssəl elektron informasiya bazası yaradılıb və dinamika da inkişaf etməkdədir. Eləcə də, burada hər bir rayon, kənd və qəsəbə üzrə müfəssəl məlumatlar mövcuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!