Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutuldu - Foto

Hadisə

02 Sentyabr 2022 19:18 1578


Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub. pizza mizza

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!