Kəlbəcərdə baş verən insidentin detalları   AÇIQLANDI: Meyit tapılmadı...

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə baş verən insidentin detalları AÇIQLANDI: Meyit tapılmadı...

Siyasət

12 Aprel 2024 13:32 998


Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan  verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel sularının apardığı ehtimal edilir.

Onun axtarışlarına başlanılıb. Marqarita pizza

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır. (Report)   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!