Kəlbəcərdə 8 nəfər minaya düşdü - Prokurorluq məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə 8 nəfər minaya düşdü - Prokurorluq məlumat yaydı

Hadisə

14 Dekabr 2022 20:15 8559


Kəlbəcərdə səkkiz nəfər minaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Müdafiə Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyyə ilə bağlı hadisə yerinə yollanan dörd nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

***

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, - DİN-in məlumatında bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!