Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Yenisabah.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Babək Əliyev Naxçıvanın Culfa rayonu, Ləkətağ kənd sakinidir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Əliyev Babək Əsgər oğluna şəhid statusu veriləcək. Sezar pizza
Hərbi qulluqçumuzun fotosunu təqdim edirik:

/Qafqazinfo
Telegram kanalımız