Mayın 11-də Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki hərbi qulluqçunun xəsarət alması faktı üzrə araşdırma aparılır.
Hərbi Prokurorluqdan "Yeni Sabah"a verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərləri Məhəmməd Hüseynov və Kamil Qaflanov xidmət zamanı Kəlbəcər rayonu ərazisində minaya düşüblər. Hadisə nəticəsində hər iki hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisənin başvermə şəraiti və digər təfərrüatlar istintaq çərçivəsində müəyyənləşdiriləcək. Dominos pizza
Telegram kanalımız