Kəmaləddin Heydərov direktoru işdən çıxarıb

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov direktoru işdən çıxarıb

Sosial

04 İyul 2024 15:23 457


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "Əməkdar həkimi" təqaüdə göndərib. 

Qaynarinfo-nun məlumatına görə, nazirin müvafiq əmri ilə Aslanov Fikrət Əhəd oğlu FHN-nin nəzdində "İzotop" xüsusi kombinatının direktoru vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Fikrət Aslanov 2020-ci ilin dekabr ayında ölkə başçısının müvafiq sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.  Marqarita pizza

Xatırladaq ki, "İzotop" xüsusi kombinatı radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzunmüddətli saxlanılması və basdırılması, radioaktiv mənbələrin, materialların və radioizotoplu cihazların nəqli, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası, ərazilərdə, təşkilatlarda və radiasiya qurğularını istismar edən müəssisələrdə radioloji monitorinq və dezaktivasiya, radioekoloji monitorinq üzrə fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!