Kənani: Aİ-nin iddiası əsassızdır

saytların hazırlanması

Evə çatdırılma

Kənani: Aİ-nin iddiası əsassızdır

Dünya

21 İyul 2023 20:28 978


Ukraynadakı müharibəni İslam Respublikası ilə Rusiya arasında ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdi yalnız siyasi məqsədlər daşıyan bir hərəkətdir.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

O, Rusiyaya PUA satışı bəhanəsi ilə Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə cavab olaraq deyib: pizza sifarişi

"Rəsmi olaraq dəfələrlə elan olunduğu kimi, İrana məxsus PUA-ların Ukraynaya qarşı istifadə edilməsi üçün Rusiyaya ixrac edilməsi iddiası əsassızdır. Ukraynadakı müharibəni İran İslam Respublikası və Rusiya arasında ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdi yalnız siyasi məqsədlər daşıyan bir hərəkətdir".

Kənani əlavə edib: "Təəssüf ki, Qərb siyasi motivlərlə, saxta və sübuta yetirilməmiş iddialara əl atmaqla, İran xalqına qarşı təsirsiz və uğursuz siyasətdən istifadə etməyə çalışır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!