Kənani: İran Qafqaz böhranında müsbət rol oynayıb

saytların hazırlanması

Evə çatdırılma

Kənani: İran Qafqaz böhranında müsbət rol oynayıb

Dünya

08 İyul 2024 17:45 502


İran Qafqazdakı böhranın həllində mühüm rol oynayıb.

Yenisabah.az IRNA-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

O, bunu ölkənin regional təhlükəsizliyi təmin etmək üçün göstərdiyi səylərin nümunələrindən biri adlandırıb. Toyuqlu pizza

XİN sözçüsü əlavə edib ki, İran administrasiyası öz mehriban qonşuluq siyasətində mühüm irəliləyiş əldə edib.Kənani qonşu ölkələrlə mədəni, ticarət və siyasi əlaqələrin təşviqinə, ölkənin əlaqələrini kəsdiyi bəzi region dövlətləri ilə əlaqələrin bərpasına, o cümlədən İranın təhlükəsizliyin yaradılmasında regional və qeyri-regional əməkdaşlığın gücləndirilməsində effektiv roluna işarə edib.

Kənani bildirib ki, İran hökuməti beynəlxalq təşkilatların imkanlarından mühüm beynəlxalq məsələlərin həllində istifadə edə və Avrasiya İqtisadi Birliyinin effektiv üzvü ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!