Ermənistanın Tavuş bölgəsində ərazilərin Azərbaycana qaytarılmasına qarşı etiraz aksiyaları keçirilir.
Yenisabah.az xəbər verir ki, yerli sakinlər Tavuş vilayətində yerli yolları, o cümlədən Gürcüstana gedən avtomobil yolunu, həmçinin İrəvan-Sevan yolunu bağlayıblar.
Aprelin 19-da Ermənistanın baş nazirinin ofisi bəyan edib ki, Ermənistanın şimal-şərqindəki Tavuş vilayətinin 4 kəndi ərazisində ilk dəfə olaraq Ermənistanla Azərbaycan arasında demarkasiya olunmuş dövlət sərhədi olacaq. Pepperoni pizza
Rəsmi İrəvan Qazax rayonuna məxsus Bağanis, Bağanıs-Ayrım, Qızılhacılı, Aşağı Əskipara kəndləri Azərbaycanın yurisdiksiyasına qaytarılır.
Həmin ərazidə artıq delimiasiya prosesi gedir.
Telegram kanalımız