Hollandiyada hökumətin iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2030-cu ilə qədər azot tullantılarını 50 faiz azaltmaq planı ölkədəki fermerləri ayağa qaldırıb.
Yenisabah.az xəbər verir ki, yüzlərlə qəzəbli fermer inəkləri və traktorları ilə Haaqadakı parlament binası qarşısına toplaşıb. Onlar hökumətin planının kənd təsərrüfatı sahəsinə zərbə vuracağını və xeyli insanın işsiz qalacağını bildirən etirazçılar plan ləğv olunmasa, inək və mal-qarasını parlamentin qarşısında kəsəcəklərini bildiriblər.
Parlamentin qarşısına gətirdiyi 2 inəyi göstərən fermer deyib: “Qərar qəbul olunarsa, bu xanımlardan biri evinə qayıda bilməyəcək və birbaşa qəssabın yanına gedəcək”. pizza
Azot emissiyalarının əsas mənbələrinə heyvandarlıq və gübrələrin istifadəsi daxildir. Fermerlər deyirlər ki, hökumət hədəflərinə çatsın deyə Hollandiyada çoxlu sayda heyvan kəsilməli olacaq.
Qeyd edək ki, Hollandiya dünyanın əsas kənd təsərrüfatı ixracatçılarından biridir.
Telegram kanalımız