Keşiş Baqratın 50 tərəfdarı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Keşiş Baqratın 50 tərəfdarı saxlanıldı

Dünya

11 May 2024 12:30 708


Şənbə günü səhər Ermənistan polisi İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.

Yenisabah.az xəbər verir ki, artıq İrəvan və Eçmiədzin şəhərində 50-yə yaxın adam saxlanılıb.

Xatırladaq ki, mayın 4-də arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Karekinin xeyir-duası ilə Ermənistanın Tavuş vilayətindən yürüşə başlayıb və mayın 9-dan etibarən İrəvanda Ermənistan hakimiyyətinin Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi ilə bağlı siyasətinə qarşı etiraz aksiyaları elan edib. Erməni kilsəsinin bütün yeparxiyalarının başçıları ona qoşularaq Ermənistanın müxtəlif bölgələrindən yürüşlərə başlayıblar. pizza

Daha əvvəl mitinqdə arxiyepiskop Paşinyanın istefasını tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!