ABŞ-da prezidentliyə müstəqil namizəd kiçik Robert Kennedi seçki kampaniyasına fasilə verib.
Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında bildirib.
“Mən seçki kampaniyamı dayandırmıram, sadəcə fasilə verirəm. Adım əksər ştatlarda bülletendə qalacaq”, - deyə o qeyd edib. pizza sifarişi
Siyasətçi ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.
Telegram kanalımız