Kilsə bu gün İrəvanda Paşinyana qarşı mitinq keçirəcək 

saytların hazırlanması

Evə çatdırılma

Kilsə bu gün İrəvanda Paşinyana qarşı mitinq keçirəcək 

Dünya

09 May 2024 09:21 446


Erməni Apostol Kilsəsinin rəhbərlik etdiyi etiraz yürüşü bu gün İrəvandakı Respublika meydanında ümumxalq mitinqinə çevrilməlidi. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinin məlumatında bildirilib. 

Qeyd edək ki, yürüş mayın 4-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindən başlayıb. Etirazçılar Qazaxın işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması, sərhədlərin delimitasiyası ilə razılaşmayanlardı.  Pepperoni pizza

Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyan rəhbərlik edir. 

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin hakimiyyətə qarşı etiraz hərəkatına rəhbərlik etməklə eks-prezident Robert Köçəryanı hakimiyyətə qaytarmaq istəyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!