Kim Çen Inın bacısı Cənubi Koreyaya cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen Inın bacısı Cənubi Koreyaya cavab verdi

Dünya

19 Avqust 2022 16:43 1020


“KXDR heç vaxt Seulun nüvəsizləşdirmə müqabilində iqtisadiyyatını yaxşılaşdırmaq üçün təklif etdiyi “cəsarətli planını” qəbul etməyəcək”.

Yenisabah.az “Ryonhap”a istinadla xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin mmüdir müavini Kim Yo Çenq açıqlama verib.

Xatırladaq ki, Cənubi Koreya prezidenti Yun Seok-yeol avqustun 15-də Müstəqillik Günündə etdiyi çıxışda Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində addımlar atacağı təqdirdə Seulun bu ölkənin iqtisadiyyatını tədricən yaxşılaşdırmaq üçün "cəsarətli planını" həyata keçirəcəyinə dair seçki kampaniyası vədini bir daha təsdiqləyib. Cənubi Koreya KXDR-in iqtisadiyyatının, enerjisinin, ticarətinin, kənd təsərrüfatının və digər sahələrinin inkişafına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bəyan edir. pizza sifarişi

"Gələcəkdə hansı həyasız fikirlərlə qapını döyəcəklərini bilmirəm, amma açıq şəkildə bildirirəm ki, biz onlarla heç vaxt bərabər olmayacağıq", - Kim Yo-jonq deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!