Kim nənəsinin malikanəsini buldozerin qabağına verdi

saytların hazırlanması

Evə çatdırılma

Kim nənəsinin malikanəsini buldozerin qabağına verdi

Dünya

09 Avqust 2024 08:37 604


Şimali Koreya lideri Kim Çen In zəhləsi getdiyi nənəsinin malikanəsini söküb.

Yenisabah.az Daily Mail-ə istinadla xəbər verir ki, bu iqamətgahın saxlanmasına həddindən artıq pul xərclənib.

Kim Çen In buldozerlə nənəsinin evinin sökülməsinə göstəriş verib. Pepperoni pizza

Mənbələrin dediyinə görə, heç kimin yaşamadığı malikanənin saxlanması dövlət üçün çox baha başa gəlib.

“Ev 11 hektar meşə ilə əhatə olunmuş Hapcanq çayı üzərindəki süni gölün yanındakı kiçik təpədə yerləşirdi. O, həmçinin təhlükəsizlik çəpəri ilə qorunurdu və mühafizəçilər və digər işçilər üçün öz otaqları var idi”, - Şimali Koreya eksperti Ceykob Boql bildirib.

Boql xatırladıb ki, Kim Çen Inın nənəsi Kim Sonq Ae KXDR-in hazırkı hökmdarının atası Kim Çen İrin qərarı ilə ev dustaqlığında olub. Buna səbəb kimi qadının sürgünə göndərilən digər oğlu Kim Pyonq İri hakimiyyətin yuxarı eşelonlarına sıxışdırmağa çalışması göstərilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!