Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultayda gərgin anlar yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, tədbir zamanı zalda mübahisə düşüb. İştirakçıların bir qismi səsvermənin gizli keçirilməsinə etiraz edib, bəzisi isə gizli olmasını istəyib.
Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı tərəfləri sakitləşməyə çağırıb. O bildirib ki, üzvlər arasında qarşıdurma yaranmamalıdır: Dördpendirli pizza
“Biz bölünməməliyik, üzvləri qarşı-qarşıya qoymamalıyıq. Yenidən bir araya gəlməliyik. İnkişaf koordinasiyamız olmalıdır”.
Nazirlik nümayəndəsi həmçinin Əli İsa Cabbarova daha çox səlahiyyət verilməsinin vacibliyini vurğulayıb:
“Mən nizamnamədə bu istiqamətdə dəyişiklik edilməsini təklif etmişdim. Gəlin qarşı-qarşıya dayanmayaq, kinonu inkişaf etdirək. Bir-birimizi qıcıqlandırmayaq. Barışıq mövqeyindən çıxış edib yenidən toplaşaq. Təklifim budur. Şəfiqə Məmmədova da Əli İsa bəy də birlikdə çalışmalıdır. Əks halda, İttifaq dağıla bilər”.
Əsmətxamın Rzazadə
Telegram kanalımız