KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

saytların hazırlanması

Evə çatdırılma

KİV: İran İsrailin nüvə mərkəzini vura bilər

Dünya

19 Aprel 2024 21:56 923


İran, İsrailin hücumu halında Dimonadakı nüvə tədqiqat mərkəzini vura bilər.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət telekanalı "Press TV" hərbi ekspertlərə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, guya İranın bu yaxınlarda İsrailə hücumu zamanı buraxdığı raketlər və pilotsuz uçuş aparatları yəhudi dövlətinin çoxsəviyyəli hava hücumundan müdafiə sistemini aşaraq Negev səhrasındakı Dimona nüvə tədqiqat mərkəzi yaxınlığında yerləşən hərbi obyektləri vurub. Dominos pizza

Hərbi ekspertlərin fikrincə, Tehran istəsə Dimonadakı mərkəzə hücum edə bilər. Bu, yalnız İsrail tərəfindən təhlükə yarandıqda baş verə bilər və özünümüdafiə məqsədilə həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!