Ukraynada başlayan Rusiya işğalının altıncı günündə bölgədən diqqətçəkən görüntülər gəlməyə davam edir.
Yenisabah.az xəbər verir ki, rus əsgərləri və ya onların əlaltıları Kiyevdəki binaların üzərinə qırmızı xaç qoyaraq hücum ediləcək yerləri işarələyirlər.
Kiyevdə yerli rəsmilər sosial şəbəkələrdə xəbərdarlıq edərək dama çıxışı olan hündürmərtəbəli binaların sakinlərini hər hansı işarə və ya simvolun olub-olmadığını yoxlamağa səsləyib. Əgər simvol olarsa, onların rənglənməsi yaxud üstünün torpaqla örtülməsi istənilib. Dominos pizza
Telegram kanalımız