Martın 21-də Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək. Komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 23 mart saat 07:00-a kimi davam edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini vurğulayıb. Pepperoni pizza
"Ona görə də hamıdan xahiş edirəm ki, evdə və ya sığınacaqlarda qalsınlar. Yalnız xüsusi buraxılışları olan avtomobillər şəhər ətrafında hərəkət edə biləcək",- deyə Kliçko əlavə edib
Telegram kanalımız