Kiyevdə 1 346 mülki şəxsin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə 1 346 mülki şəxsin meyiti tapıldı

Dünya

17 İyul 2022 23:41 767


Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb. 

“Report” “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib.

"Bu günə olan məlumata əsasən 1 346 nəfər həlak olub, dinc sakinlərin öldürüldüyün vurğulayıram. Onların əksəriyyəti odlu silahla öldürülüb", - o, milli telemarafonun efirində deyib. pizza mizza

Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil.

Onun sözlərinə görə, hazırda 300-ə yaxın insan itkin düşmüş hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!