Kobaxidze: Tramp seçilərsə regionda sakitlik olacaq

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze: Tramp seçilərsə regionda sakitlik olacaq

Dünya

22 İyul 2024 19:29 576


"Təbii ki, biz heç kimin seçkisinə qarışa bilmərik. Bu, bizim işimiz deyil. Təkcə onu demək olar ki, Tramp qalib gəlsə, Ukraynada müharibə daha tez bitəcək və müvafiq olaraq regionumuz daha tez sakitləşəcək".

Yenisabah.az NGnewsgeorgia-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O bildirib: “Bu, konkret olaraq Gürcüstana münasibəti dəyişəcək. Regionda sülh olarsa, Gürcüstana münasibət dəyişəcək və ədalət daha çox olacaq”. Pepperoni pizza

Bundan əvvəl “Gürcü arzusu”nun seçkiqabağı mitinqində partiyanın təsisçisi Bidzina İvanişvili əmin olduğunu bildirib ki, Tramp Ağ Evə qayıdarsa, Ukraynada müharibə 2025-ci ilin yanvarında başa çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!